Rusiya qoşunları dekabrın 29-da Donetsk vilayətində daha bir şəhərə nəzarəti ələ keçirib.
Tacikistanın sadə vətəndaşları hökuməti öncəliklərin yerini səhv saldığı üçün tənqid edirlər. Onlar hökumətin işsizlik, inflyasiya və ölkədəki kəskin elektrik enerjisi qıtlığı kimi mühüm məsələlərlə məşğul olmasını istəyirlər.
ABŞ-nin sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib. Onun prezidentlik dönəmində ABŞ vətəndaşları İranda 444 gün girov qalmışdı. Karter dönəminin ən yaddaqalan olayı da bu idi.
Gürcüstan prezidenti Salome Zurabişvilinin xələfinin təntənəli andiçmə mərasimindən sonra da prezident sarayını tərk etməyəcəyi təxmin edilirdi. Ancaq elə olmadı.
Bazar günü Tbilisi küçələrində potensial toqquşmalar gözlənilir
Qalstanyan deyib ki, müttəfiqləri ilə birlikdə 2025-ci ildə Paşinyanı hakimiyyətdən kənarlaşdırmağa çalışacaq
Özbəkistanın Energetika Nazirliyi 2021-ci ildə bildirmişdi ki, ölkədə daxili tələbatı üçqat ödəyəcək qədər qaz çıxarılır. Di gəl, qazla zəngin bu ölkədə son illər hasilat azalıb.
Dekabrın 24-də İranın Kiberməkan üzrə Ali Şurası "WhatsApp", "Google Play" daxil, bir neçə xarici tətbiqə aid yasağın aradan qaldırılmasına qərar verib.
Əfqanıstanın "Taliban" hökuməti "Həyat Təhrir əş-Şam" (HTŞ) qrupundan olan islamçıları Suriyada Bəşər əl-Əsəd hökumətini devirmələri münasibətilə təbrik edib.
Tatarıstanda əmək miqrantlarının qaldığı daxmada baş verən yanğın altı nəfərin həyatına son qoyub.
Bir zamanlar içində həyat qaynayan Pokrovsk bu soyuq, qarlı dekabr günlərində ruha bənzəyir. Todd Prins və Aleksey Prodayvoda bu şəhərin durumu və önəmi barədə yazıblar.
ABŞ Dövlət Departamenti 20-dək Gürcüstan vətəndaşına "demokratiyanı sarsıtdığı üçün" viza məhdudiyyətləri tətbiq edib.
Davamı